"Ən yaxşı oyunumuz onlara qarşı idi" - klubun sahibi "Qarabağ"la matçı xatırladı

11:55 - 2 Dekabr 2025

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda Serbiyanın "Srvena Zvezda" klubu ilə görüşdəki məğlubiyyətdən (0:1) danışan Rumıniyanın FKSB klubunun sahibi Gigi Bekali ötən mövsüm eyni turnirdə Bakıda “Qarabağ” üzərindəki qələbəni (3:2) da xatırlayıb.

Sportal.az “Digi Sport”a istinadən xəbər verir ki, rumın klub sahibi ən yaxşı oyunlarının “Qarabağ”a qarşı olduğunu deyib:

"Düşünürəm ki, Allah Sizottinin “Srvena Zvezda” ilə görüşdə dirəyə dəyməsini istədi. O, başqa bir vəziyyətdə də eyni şeyi istəyirdi. Ən yaxşı oyunumuz “Qarabağ”a qarşı olmuşdu. O matçda iki korner zərbəsi yerinə yetirdik və 3:2 hesabı ilə qalib gəldik. Bizi qələbəni gətirən elə həmin iki korner idi".

Xəbər xətti