Antonio Kassano hesab edir ki, Massimiliano Alleqrini Joze Mourinyonun taleyi gözləyir.
Sportal.az xəbər verir ki, “rossoneri”nin sabiq hücumçusu "Viva El Futbol" podkastında bunları qeyd edib:
"Yadınızdadırmı, Mourinyo haqqında demişdim ki, o, özünü tükəndirib və gec-tez unudulacaq? Alleqri üçün də həmin vaxt gələcək.
Mən bununla barışa bilmirəm ki, 2025-ci ildə “Milan” məşqçisinə görə acınacaqlı futbol oynayır. “Milan” – bu, tarixdir, gözəllikdir, estetikadır, ustalıqdır.
Bəs biz nə görürük? Hamı qapıçı qarşısında dayanır, dərinlik vermirlər. Sonra topu götürürlər, əks-hücum edirlər və qol vururlar."
saytlarin hazirlanmasi
