Azərbaycan Kuboku: "Şamaxı", "Sabah" və "Qarabağ" 1/4 finalda - YENİLƏNİB

20:52 - 3 Dekabr 2025

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

Sportal.az xəbər verir ki, "Şamaxı" I Liqada çıxış edən "Baku Sportinq"lə qarşılaşıb. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" isə Qubada "İmişli"nin qonağı olub. Masazır təmsilçisi əlavə vaxtda qələbəyə sevinib.

"Qarabağ" "Karvan-Yevlax"la "Azərsun Arena"da üz-üzə gəlib. Burada ev sahibləri qalib gəlib.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

3 dekabr

14:00 "Şamaxı"- "Baku Sportinq" 1:0 
Qol:
Abdullahi Şuaybu, 69
Şamaxı şəhər stadionu

14:00 "İmişli" - "Sabah" 1:2 
Qollar:
İbrahim Əliyev, 89 (pen) - Coy Lens Mikels, 59, hahim Parris, 96
Quba OİK stadionu

19:00 "Qarabağ" - "Karvan-Yevlax" 3:0
Qollar:
Nəriman Axundzadə, 80, 89, Elvin Yunuszadə, 83 (avtoqol)
Azersun Arena

Xəbər xətti