Dadaşov Polşa klubuna bu istəyini bildirdi - geri qayıtmaq niyyətində deyil

14:48 - 4 Dekabr 2025

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun “Motor”dan ayrılmaq istəməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, yığmamızın forvardı daha çox oyun praktikası qazanmaq üçün komandasını dəyişməyi planlaşdırır.

Bu haqda o, klub rəhbərliyini məlumatlandırıb. “Motor” isə onu yola gətirmək, komandada saxlamaq üçün danışıqlar aparır. Polşa klubunun rəhbərliyi Dadaşovun müqavilə müddətini artırmağı planlaşdırır.

Renat isə daha çox oynayacağı kluba getmək niyyətindədir. Üstəlik, o, qışda hansısa kluba icarəyə gedəcəyi təqdirdə, “Motor”a geri qayıtmaq istəmir.

Onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti