“Barselonada” Lionel Messinin qayıdışı müzakirə olunmur.
Sportal.az xəbər verir ki, “Barselona”nın idman direktoru Deko "Cadena SER"ə müsahibəsində Messi haqda bunları qeyd edib:
“Düşünmürəm ki, bu, mümkündür, çünki Leonun müqaviləsi var və belə bir variant heç vaxt nəzərdən keçirilməyib.
Leo – Leodur, o, hələ də komandaya töhfə verə bilir. O, böyük oyunçudur, amma bu məsələni hələlik müzakirə etmək fikrində deyilik. Hazırkı vəziyyət tamamilə şayiələrə əsaslanır."
saytlarin hazirlanmasi
