"Leypziq"in futbolçusu Antonio Nusa karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Leypziq" norveçli vingeri transfer etmək istəyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
La Liqa nəhənginin skautları Norveç millisinin üzvünü DÇ-2026-nın seçmə mərhələsinin İtaliya ilə matçında izləyiblər. 20 yaşlı oyunçu həmin matçda 1 qol vurub.
"Barselona"nın gənc oyunçu üçün yaxın zamanda hərəkətə keçəcəyi bildirilir.
Qeyd eədk ki, "Leypziq" Antonio Nusanı 2024-cü ilin yayında "Brügge"dən 21 milyon avroya transfer edib. O, cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
