"Atletiko" qışda futbolçusunu "Mançester Yunayted"ə sata bilər

00:15 - 2 Dekabr 2025

“Atletiko” “Mançester Yunayted” üçün Konor Qallaherin yanvar transfer pəncərəsində transfer qiymətini müəyyən edib. “M.Yunayted” keçmiş “Çelsi” yarımmüdafiəçisini yay transfer pəncərəsinin sonlarına yaxın almağı nəzərdən keçirsə də, onlara bildirilib ki, 25 yaşlı oyunçu İspaniya klubunda qalacaq.

Sportal.az xəbər verir ki, "mankunianlar" qışda yenidən Qallaheri transfer etməyə cəhd edə bilərlər. Əvvəlcə bildirilmişdi ki, ingilis daha çox oyun vaxtı istəyir ki, 2026 Dünya Çempionatında iştirak şansını artırsın. Fabritsio Romano məlumatında qışda transferin reallaşacağını və bu keçidin 30 milyon avroya başa gələcəyini bildirib.

Romano əlavə edib ki, İngiltərə və İtaliyadakı digər klublar da Qallaherin vəziyyətini izləyirlər.

Qeyd edək ki, Qallaher 2024-cü ilin yayında 34 milyon funt qarşılığında “Atletiko”ya keçib və bu mövsümdə Madrid klubunun start heyətində yalnız üç oyunda çıxış edib.

Xəbər xətti