"Barselona" Levandovski ilə müqaviləni uzadacaq? - anlaşma yayda bitir

23:10 - 2 Dekabr 2025

"Barselona"nın hücumçusu Robert Levandovski böyük ehtimalla gələn yay klubdan ayrılacaq.

Sportal.az xəbər verir ki, 37 yaşlı polyak futbolçunun "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. "The Athletic" "Barselona"dakı mənbələrə istinadən yazır ki, anlaşmanın uzadılması gözlənilmir.

Bu səbəbdən kataloniyalılar üçün yeni mərkəz hücumçusunun transferi əsas hədəf hesab olunur. Daha öncə də bildirdiyimiz kimi, bu mövqeyə Harri Keyn və Seru Girassi namizəddir.

Xəbər xətti