Fransa millisinin və "Kristal Pelas"ın forvardı Jan-Filipp Mateta İtaliyaya yollanmağa yaxındır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "İnter" və "Milan" 28 hücumçunu istəyir.
Milan təmsilçiləri fransız üçün mübarizə aparır. Onun "Kristal Pelas"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mateta bu mövsüm bütün turnirlərdə 22 matçda 9 qol vurub və 2 asist edib.
Qeyd edək ki, Mateta Fransa millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Bakıda Azərbaycana qarşı(1:3) keçirilmiş görüşündə komandasının qollarından birini vurub.
saytlarin hazirlanmasi
