"Yuventus"da şok itki - 3 ay oynamayacaq

20:22 - 1 Dekabr 2025

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Duşan Vlahoviç sıradan çıxıb.

Serbiyalı futbolçu A Seriyasının 13-cü turunun "Kalyari" ilə matçında (2:1) ayaq əzələsindən zədə alıb. Vlahoviçin zədəsi ciddidir. 25 yaşlı forvard təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti