Yankoviç: "Avropada oynamaq istəyən komanda üçün daim xal qazanmaq vacibdir"

16:34 - 2 Dekabr 2025

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksa Yankoviç Sportal.az saytına açıqlama verib.

Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə görüşündə komandasının qələbəsində önəmli pay sahibi olan futbolçu bir qol vurub, bir asistlə də yadda qalıb.

O, 2:1 hesablı qalibiyyətlə bağlı qısa olaraq bu cür danışıb:

“Çox vacib qələbə qazandıq. Şamaxı səfəri heç vaxt asan olmur. Bu da qələbəni daha da dəyərli edir. Üç xal turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırdı. Avropada oynamaq istəyən komanda üçün daim xal qazanmaq vacibdir. Biz Avropa yarışlarına vəsiqə qazanmaq istəyirik. Bu cür çətinliklərin öhdəsindən gələ biləcək yaxşı bir komandamız var”.

Qeyd edək ki, Yankoviç "Şamaxı" ilə matçda bir qol və bir asistlə yadda qalıb.

Xəbər xətti