Portuqaliya millisinin üzvü Ruben Neveş gələcək karyerası ilı bağlı fikrini dəyişib.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Əl-Hilal”da bir mövsüm də qalmağa üstünlük verib.
Belə ki, mövsümün sonunda Səudiyyə Ərəbistanını tərk edərək, Avropaya qayıtmaq istəyən Neveş 2026/2027 mövsümün də Asiyada keçirmək istəyir. Əslində, Neveş yayda Avropaya qayıtmağı qətiləşdirmişdi, lakin ona istədiyi maaşı verən klub tapılmadığından fikrindən daşınıb. Amma son anda hansısa klub portuqal futbolçuya tələb etdiyi məvacibi verərsə, yenidən Avropaya qayıtmaq variantını gözdən keçirə bilər.
“Porto”, “Vulverhempton” klublarında oynamış Ruben 2023-cü ildən “Əl-Hilal”ın formasını geyinir və onun müqavilə müddət 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
