“Neftçi”nin baş məşqçi postuna namizədlərdən olan Abdullah Avcı Türkiyədə çalışacaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ın siyahısında olduğu iddia edilən 62 yaşlı məşqçi “Rizespor”la danışıq aparır.
Tərəflər arasında ilkin razılıq olduğu bildirilir.
"Başakşeher”, “Beşiktaş”, “Trabzonspor” və Türkiyə millisini çalışdırmış Avcının ölkəsində qalmağa üstünlük verəcəyi iddia edilir.
saytlarin hazirlanmasi
