"Sumqayıt"ın futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasında 20-ci qolunu vurub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi XIII tura təsadüf edib. 32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib.
O, 20-ci qoluna 47-ci matçında imza atıb. Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur.
Madaqaskarlı hücumçu qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.
saytlarin hazirlanmasi
