“Barselona”nın futbolçusu Lamin Yamal əsas komandadakı debütündən bəri onu daim Lionel Messi ilə müqayisə edən fikirlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, "CBS News"a müsahibə verən 18 yaşlı vinger Messi kimi olmaq istəmədiyini bildirib:
“O, tarixdə ən yaxşıdır. Biz hər ikimiz bilirik ki, mən Messi olmaq istəmirəm. Messi də bilir ki, mən onun kimi olmaq istəmirəm. Mən öz yolumla getmək istəyirəm, vəssalam”.
Gənc futbolçu argentinalı ulduzun böyüklüyünü etiraf etsə də, öz futbol tarixini yaratmaq və “Kamp Nou”dakı əfsanəvi sələfinin nailiyyətlərinin kölgəsində qalmamaq niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 14 rəsmi matçda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
