Yığma komandamız dünya kubokunda iştirak edəcək

15:47 - 2 Dekabr 2025

Azərbaycan boksçuları dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində start götürəcək neft ölkələri arasında Dünya Kubokunda iştirak edəcəklər.

Sportal.az xəbər verir ki, yarış dörd gün davam edəcək.

Sibirdə nefti kəşf edən azərbaycanlı Fərman Salmanovun xatirəsinə həsr olunan yarışda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Yadigar Əliyev, Ramal Yolçiyev (hər ikisi 51 kq), Mətin Məmmədov (57 kq), Əli Miriyev (60 kq), Ruslan Bayramov (63,5 kq), Malik Həsənov (67 kq), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kq) rinqə çıxacaq.

Yarışda ölkəmizi Anar Nağdıyev referi kimi təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkənin boksçuları güclərini yoxlayacaq.

Xəbər xətti