"Mançester Siti" qışda 2 qapıçısını da itirə bilər

23:12 - 1 Dekabr 2025

“Mançester Siti” qışda birdən-birə iki qapıçısını itirə bilər.

Sportal.az "Daily Mail Sport"a istinadən xəbər verir ki, Ceyms Trafford və Ştefan Orteqa yanvar transfer pəncərəsində komandadan ayrılmağa qərarlıdırlar.

İngilis qapıçı bu yay “Bernli”dən 27 milyon funt qarşılığında transfer olunmuşdu. Edersonun ayrılması ilə bağlı ona bildirilmişdi ki, “şəhərlilər”ə əsas qapıçı kimi qoşulacaq.

Lakin transfer pəncərəsinin son günündə “PSJ”dən Canluici Donnarumma keçdi. O vaxtdan etibarən italiyalı Premyer Liqanın bütün oyunlarında start heyətində yer alıb. Trafford isə əsas heyətə düşmək və İngiltərə millisində də birinci qapıçı olmaq üçün oyun praktikasına ümid edirdi.

Orteqa da ayrılma ehtimalını nəzərdən keçirir. Hazırda 34 yaşlı qolkiper Markus Bettinellidən sonra faktiki olaraq komandanın 4-cü qapıçısı sayılır və klubun səfər oyunlarına aparılmır.

Xəbər xətti