"Kəpəz" əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil etdi - FOTOLAR

18:52 - 2 Dekabr 2025

“Kəpəz” Peşəkar Futbol Klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib.

Sportal.az xəbər verir ki, tədbirdə klubun infrastruktur rəhbəri Ruslan Məmmədov, klubun meneceri Səbinə Hənifəyeva, Təşkilati işlər üzrə menecer Emin Qaraxanov, baş məşqçi Azər Bağırov, köməkçiləri, futbolçular və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə filialının şagirdləri iştirak ediblər. Akademiyanın qonaqları əvvəlcə komandanın məşqini izləyib, futbolçularla görüşüb, şəkil çəkdiriblər.

Daha sonra uşaqlarla əyləncəli görüş keçirilib. Burada şagirdlər bacarıqlarını nümayiş etdirib, şeir deyib, mahnı oxuyublar. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Klub tərəfindən gələcəkdə daha fəal tədbirlər, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün futbol oyunları və məşqlər təşkil etmək planlaşdırılır. İnfrastrukturun yaxşılaşdırılması: Klub stadionunun və digər obyektlərin fiziki məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əlilliyi olan şəxslərin idmana inteqrasiyası üçün müxtəlif sosial proqramların həyata keçirilməsi planlaşdırılır. Bu tədbir “Kəpəz” PFK-nın sosial məsuliyyət təşəbbüslərinin bir hissəsi kimi, əlilliyi olan şəxslərlə daha sıx əməkdaşlıq qurmaq məqsədi daşıyır.


Xəbər xətti