"Real"ı "Əl-Nəsr"ə dəyişə bilər

11:34 - 2 Dekabr 2025

"Real"ın futbolçusu Daniel Karvaxal karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya “Əl-Nəsr”dən təklif gəlib.

Ərəblər Karvaxala bir illik müqavilə təklifi irəli sürüb. Amma təcrübəli müdafiəçi onlara cavab verməyə tələsmir. Çünki onun üçün prioritet məsələ “Real”la müqavilə müddətini ən azı bir illik artırmaqdır.

“Kral klubu” yeni müqavilə təklif etməyəcəyi təqdirdə, “Əl-Nəsr”lə müqaviləyə qol çəkəcək. Onun İspaniya nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Karvaxal “Real”ın yetirməsidir. O, 2013-cü ildə “Bayer”dən (Leverkuzen) Madrid klubuna keçmişdi.
 

Xəbər xətti