"Çelsi" hazırda "Fluminense"də çıxış edən Tiaqo Silvanın oğlu İsaqo Silva ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, İsaqo Silva "Çelsi"nin yetirməsidir. Braziliyalı futbolçu Premyer Liqa təmsilçisinin U-18 komandasında çıxış edir.
saytlarin hazirlanmasi
