"Turan Tovuz"un futbolçusu: "Finala yüksəlmək istəyərdik"

17:49 - 3 Dekabr 2025

“Turan-Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Sportal.az saytına açıqlama verib.

O, komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şahdağ-Qusar" üzərində 2:1 hesablı qələbəsini şərh edib:

"Kubok oyunları bu baxımdan maraqlıdır. Komandalar bu matçlarda özlərini göstərmək və nəyisə sübut etmək istəyirlər. “Şahdağ-Qusar” yaxşı oynadı, amma kobud idilər. Hakim bir müddət susdu. Biz mərhələni çətinliklə adladıq”.

Tovuz təmsilçisinin futbolçusu növbəti mərhələdə hansı komanda ilə qarşılaşmaq istədiyini də söyləyib: “1/4 finala yüksəldik, burada kiminlə oynamağımızın fərqi yoxdur. “Araz-Naxçıvan” - "Kəpəz” görüşünün matçının qalibi ilə oynayacağıq. Əgər irəliləsək, "Zirə" və ya "Sumqayıt"la oynaya bilərik, amma növbəti tur gələn ildir. Çempionatdan başqa, kubok da bizim üçün vacibdir. Finala yüksəlmək istəyərdik".

Xəbər xətti