“Barselona” 2026-cı ilin yay transfer hədəflərini müəyyənləşdirib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, katalonlar “Mançester Siti”dən Erling Haalandı və “Atletiko”dan Xulian Alvaresi yaxından izləsələr də, bu keçidlərin baş tutması demək olar ki, mümkünsüz hesab olunur. Bunun əvəzinə komanda mərkəz hücumçu mövqeyini gücləndirmək üçün daha real hədəflərə baxır.
“Barselona”da Robert Levandovskini potensial olaraq əvəz edə biləcək futbolçular siyahısına “Bavariya”dan Harri Keyn və Dortmund “Borussiya”sından Seru Girassi daxil edilib. Yeni mərkəz hücumçunun transferi katalonlar üçün ən vacib vəzifə sayılır.
Bundan əlavə, komanda mövsümdə çox qol buraxılması səbəbindən solaxay mərkəz müdafiəçisinin transferi ilə də maraqlanır və həmçinin bir vinger almaq istəyir.
saytlarin hazirlanmasi
