Erlinq Haaland 100-ə çatdı

15:51 - 3 Dekabr 2025

"Mançester Siti" İngiltərə Premyer Liqasının 14-cü turunda "Fulhem" üzərində 5:4 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq Haaland bu görüşdə növbəti dəfə fərqlənib. Bu qol norveçli forvardın İngiltərə çempionatında vurduğu 100-cü qol olub.

25 yaşlı futbolçu Premyer Liqa tarixində 100 və daha çox qol vurmağı bacaran 35-ci oyunçuya çevrilib.

Xatırladaq ki, İngiltərə çempionatının ən yaxşı bombardiri hələ də Alan Şirerdir. Onun aktivində 260 qol var. Şirerin ardından Harri Kane (213) və Ueyn Runi (208) gəlirlər.

Xəbər xətti