AFFA hakimi döyən futbolçunu cəzalandırdı, komandasına texniki məğlubiyyət verdi

15:34 - 4 Dekabr 2025

AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb. 

Sportal.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu "Ağsu" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

Bu səbəbdən matç yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbər xətti