"Spartak"ın baş məşqçi postu üçün dəvət göndərdiyi Albert Riera "Çelye"dən ayrılmayıb.
Sportal.az xəbər verir ki, Rusiya klubu onu israrla istəsə də, ispan hazırkı komandasında qalmağa üstünlük verib.
"Çelye" Riera ilə uzunmüddətli müqavilə imzalayıb. Hazırda bu klub Sloveniya çempionatında liderdir.
Xatırladaq ki, “Çelye” bu mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”a rəqib olmuşdu.
Bakıda qalib gələn sloveniyalılar(2:3) evdə “Sabah”a eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qollar(3:3) mərhələni adlayan tərəf olmuşdu.
