"Sumqayıt" bu yay heyətini milli komandamızın futbolçusu Emil Mustafayevlə gücləndirməyə yaxın idi. Hətta futbolçu da Azərbaycana gələrək, “kimyaçılar”ın məşqlərinə qoşulmağa razılıq vermişdi. Lakin onun Ukraynanı tərk edə bilməməsinə görə, keçid baş tutmadı.
Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçu məxsus olduğu “Polessye”də qalıb. O, məşqlərinə də məhz hazırda Jitomir təmsilçisinin heyətində davam edir.
Lakin heç bir oyuna çıxmır. Amma o, qış “transfer pəncərəsi” zamanı yenidən Azərbaycana gəlməyə cəhd edəcək.
Qeyd edək ki, Mustafayevin “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
