"Qarabağ" - "Səbail" matçının biletləri satışda

16:50 - 25 Fevral 2025

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Səbail" ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması 27 mart tarixində saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti