Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli Cənubi Koreyanın “Seul” klubuna keçmək variantını hələ ki konkret qərar verməyib.
Sportal.az xəbər verir ki, Emreli hazırda koreyalıların təklifini götür-qoy edir.
Məhz buna görə Mahir Almaniya 2-ci Bundesliqasının 23-cü turunun “Herta” ilə oyununda (0:0) heyətdə yer almayıb.
Qeyd edək ki, Emreli mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi