"Zirə" - "Kəpəz" matçının başlaması yubanır

18:10 - 24 Fevral 2025

Zirə İdman Kompleksinin stadionununda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Qurum “Zirə” klubunun rəhbərliyinə və əməkdaşlarına, “Kəpəz” klubuna isə göstərdiyi yüksək anlayışa görə təşəkkür edib.

“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək

Xəbər xətti