"Yuventus" "Arsenal"ın istədiyi hücumçu üçün 40 milyon avro tələb edir

14:19 - 22 Fevral 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" serbiyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Yuventus" baş məşqçi Tiaqo Mottanın planlarına daxil olmayan futbolçu üçün 40 milyon avro tələb edir. "Arsenal" 25 yaşlı forvard üçün yayda İtaliya klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti