Rusiya klubunun baş direktoru "Neftçi"nin legioneri haqda: "Artırarsa, geri qaytaracağıq"

12:49 - 20 Fevral 2025

Rusiyanın “Baltika” klubunun baş direktoru Ravil İzmaylov komandanın vingeri Aleks Fernandesin “Neftçi”yə icarəyə verilməsinə münasibət bildirib.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kalininqrad klubu Aleksi izləyəcək:

"Alekslə yollarımızı ayırmamışıq, onu icarəyə vermişik. Əgər o, artırarsa, daha güclü qayıdarsa, Andrey Viktoroviç onu yenidən komandada görmək istəyəcək. Bu olmasa, başqa şey fikirləşəcəyik. Hesab edirəm ki, bu, bu gün üçün verilmiş ən yaxşı və düzgün qərar idi".

11 nömrəli formanı geyəcək 22 yaşlı braziliyalı bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Xəbər xətti