"Real"ın futbolçusu Arda Güler karyerası ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi yayda "kral klubu"ndan ayrılmağı planlaşdırır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Arda "Real"da az oynamasından narazıdır. 19 yaşlı futbolçu daha çox oynayacağı bir kluba keçmək istəyir. O, yeni mövsümdə icarəyə getməklə bağlı klub rəhbərliyi ilə danışacaq.
"Real"ın digər gənc oyunçusu Endrik də Arda ilə eyni fikirdədir. Braziliyalı forvard da icarəyə verilməsini istəyir.
saytlarin hazirlanmasi