Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində XII turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və UNEC komandaları çıxıblar. Görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə bitib.
Növbəti oyun “Azərreyl” və “Murov Az Terminal” klubları arasında olub. Bu qarşılaşmada da isə “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, XII turun son oyunu fevralın 22-də Gəncə şəhərində keçiriləcək. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.
Yüksək Liqa
XII tur
19 fevral
“Abşeron” - UNEC 3:0 (25:4, 25:13, 25:12)
“Azərreyl” - “Murov Az Terminal” 3:1 (25:18, 25:23, 20:25, 25:20)