"Parma"nın yeni baş məşqçisinin adı dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu posta Kristian Kivu dəvət olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalının müqavilə şərtləri açıqlanmayıb.
Kivu bu mövsümün sonuna qədər müqavilə imzalayacaq. O, "Parma"nın sükanı arxasında əvvəllər istefaya göndərilən Fabio Pekkyunu əvəzləyəcək.
"Parma" İtaliya A seriyasında 20 komanda arasında 18-ci pillədədir. Qeyd edək ki, 44 yaşlı mütəxəssis bundan əvvəl "İnter"in əvəzedici heyətində çalışmışdı.
saytlarin hazirlanmasi