Renat Dadaşov Türkiyə klubunun təklifinə müsbət yanaşmadı

15:22 - 19 Fevral 2025

Türkiyə birinci liqasında yarışan "Çorum"un Azərbaycan millisinin forvardı Renat Dadaşovu heyətinə qatmaq istəməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, "Ankaragücü"nün transferə çıxardığı forvard bu komandaın ilkin təklifinə müsbət yanaşmayıb.

Bunun həmin komandada rəqabətin yüksək, yoxsa maliyyə məsələsi ilə bağlı olduğu bəlli deyil. Amma forvard hələ ki digər təklifləri gözdən keçirməyi üstün tutub.

"Çorum" hazırda birinci liqada mübarizə aparır və 38 xalla 6-cı pillədədir. Bu klub qış "transfer pəncərəsi" zamanı milliizin digər futbolçusu Coşqun Diniyevi heyətinə qatıb.

Əlavə edək ki, Renat Dadaşovun adı Azərbaycan Premyer Liqasında yarışan klublarla da hallanır. 

Xəbər xətti