"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır

17:36 - 19 Fevral 2025

Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması 22 fevral tarixində, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Xəbər xətti