Almaniyanın "Nürnberq" klubunun idman direktoru Yoti Hatzialeksiu komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Cənubi Koreyanın "Seul" klubuna mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, millimizin Almaniya klubunda qalacağını deyib:
"Mahir Emreli ümumi qrupla məşqlərə qayıdıb və artıq onlardan kənarda olmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Bizə heç bir təzyiq yoxdur. Cənubi Koreyadan klubunun onunla yenidən təvə ya əksinə onunla yenidən əlaqə saxlamaq olarmı? Belə olan halda Mahir "Nürnberq"də oynamağa davam edəcək və qollarını vuracaq. Aydındır ki, Emreli üçün müəyyən məbləğ ödənilməli olacaq və yalnız bundan sonra dəyişikliklər barədə düşünəcəm".
Emreli ikinci Bundesliqanın 22-ci turunun “Ulm”a qarşı son oyununda (2:0) “Nürnberq”in heyətində yer almamışdı. O, “Seul”la danışıqlar apardığı üçün bir neçə gündür fərdi məşqlər edirdi.