"Borussiya" London klublarından 102 milyon avro tələb edir

19:21 - 18 Fevral 2025

"Borussiya"nın futbolçusu Ceymi Gittens karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal", "Çelsi" və "Tottenhem" ingiltərəli vingeri heyətinə qatmaq üçün mübarizə aparır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Borussiya" Gittensi satmağın əleyhinə deyil. Dortmundlular 20 yaşlı ön xətt oyunçusu üçün Olndon klublarınan 102 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 202-ci ilin sentyabr ayında "Mançester Sİti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti