17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.
saytlarin hazirlanmasi