“Qarabağ”ın hücumçusu Redon Cica Albaniyaya mümkün qayıdışından danışıb.
Sportal.az xəbər verir ki, ölkəsinin “Ora News” nəşrinə danışan forvard məsələ haqda bunları deyib:
“Məxsus olduğunuz komandada kifayət qədər oyun dəqiqəniz yoxdursa, böyük komandaya keçməyiniz çətindir. Görək də, hər şey necə olacaq. "Tirana", yoxsa "Laçi"? Heç kim mənim Laçidən olduğumu bilmir. Albaniyada sevdiyim iki komanda var və onların mümkün qədər yüksəklərə qalxmasını istəyirəm”.
26 yaşlı hücumçu 2023-cü il yanvarın 24-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər komandaya məxsusdur.
saytlarin hazirlanmasi