Yığma komandamız Şimali İrlandiyaya qarşı

10:49 - 18 Fevral 2025

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roxana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Xəbər xətti