Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında bu qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXIII tur
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilsin (maddə 41);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
saytlarin hazirlanmasi