Mübariz Mənsimov "Xəzər Lənkəran"ı bərpa etmək üçün ilk addımı atdı - SON DƏQİQƏ

16:22 - 18 Fevral 2025

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov klubunu fəaliyyətini bərpa etmək yolunda ilk addımı atıb.

Sportal.az "Sportinfo.az" saytına istinadən xəbər verir ki, fəxri prezident yaxınlarda bir neçə şəxsi Bakıya göndərib.

Mənsmovun nümayəndələri AFFA-nın binasına baş çəkib, burada bir sıra görüşlər keçirib. Tərəflər "Xəzər Lənkəran"ın futbol səhnəsinə qayıtmaq perspektivi ətrafında geniş fikir mübadiləsi aparıb.

Yekun qərar nə vaxt veriləcək? Hələlik bunu dəqiq bilən yoxdur. Danışıqlar davam etdiriləcək - gözlənilən yalnız budur. 2004-cü ildə yaradılan cənub təmsilçisi 2016-cı ildə tarixin yaddaşına köçüb. Klubun fəaliyyətini dayandırması Premyer Liqada sonuncu yeri tutaraq, I Liqaya yuvarlanmasıdır.

"Xəzər Lənkəran" bəlkə də yaşayardı: əgər həmin vaxt Rövnəq Abdullayev AFFA prezidenti postunu tutmasaydı. Mənsimovun onunla biznes sferasında yaşadığı problemlər yekunda klubun "başında çatladı".

Xəbər xətti