Birinci Liqada iddialı klublardan olan “Zaqatala” Premyer Liqaya yüksəlmək istəyənlərdəndir. Bölgə klubunun baş məşqçisi Rüstəm Məmmədov Sportal.az saytına açıqlama verərək klubun Birinci Liqadakı durumundan danışıb:
"Klub tərəfindən qarşıya hansısa məqsəd qoyulmayıb ki, biz mütləq şəkildə 1-ci və ya 2-ci yer tutmalıyıq. Sadəcə təbii ki, klub olaraq hamı yuxarı yerlər uğrunda mübarizə aparır. Əlbəttə ki, bu da realdır. Ortada böyük xal fərqi yoxdur. Qarşıda oyunlarımız az deyil. Hər bir klubun yuxarı pillələrdə yer almaq şansı var. Heç kəs deyə bilməz ki, hansısa komanda aşkar favoritdir və Premyer Liqaya artıq vəsiqə qazanıb. Müəyyən çətinliklərimiz var. MOİK, "İmişli", onların heyəti daha genişdir, onların üstün tərəfələri budur. Bizdə oyunçu qıtlığı var. İkinci dövrə bizdən gedənlər oldu, zədələnən də az deyildi, əvəzində isə oyunçu gətirə bilmədik. Amma mübarizə davam edir".
Məmmədov, "Zaqatala"nın Premyer Liqaya hazır olub-olmamasından da bəhs edib:
"Əsas məqamlardan biri meydançanın ot örtüyünün dəyişidirilməsidir. Mütləq. Digər yerlərin də təmirə ehtiyacı var. Bizdə hər şey hazır vəziyyətdədir. Sadəcə bir balaca təmirə ehtiyac var. Amma klub və oyunçu məsələsi olaraq, çox iş görülməlidir. Komandanın əvəzedici heyəti, U-19 heyəti, uşaq qruplarının olması... Bütün bunlara vaxt tələb olunur. Amma bunlar mümkünsüz bir şey deyil. Hamısı həllediləsi məsələlərdir. Premyer Liqaya hazır olub-olmadığımızı infrastruktur baxımından deyirsizsə, bizdə hər şey hazırdır. Yenidən,sıfırdan tikiləsi bir şey yoxdur. Sadəcə təmir işləri getməlidir. Təmir də böyük vaxt aparası bir şey deyil".
saytlarin hazirlanmasi