Tanınmış futbolçu bu klubla müqavilə imzaladı - FOTO

14:34 - 19 Fevral 2025

"Tottenhem"in sabiq futbolçusu Qilfi Siqurdsson özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İslandiyanın "Vikinqur" klubuna keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, son olaraq “Valur”da oynamışdı.

Siqurdsson əvvəllər “Lünqbü”, “Everton”, “Suonsi”, “Ridinq”, “Hoffenhaym”, “Kru” və “Şrusberi Taun”da çıxış edib.


 

Xəbər xətti