İspaniya Futbol Federasiyası "Real"ın futbolçusu Cud Bellingemi cəzalandırıb.
Sportal.az xəbər verir ki, La Liqanın 24-cü turunun "Osasuna" ilə səfər matçında (1:1) qırmızı vərəqə görən ingiltərəli yarımmüdafiəçisi 2 oyunluq cəza verilib. Futbolçu hakimi təhqir etdiyi üçün cəzalanıb.
"Real" federasiyanın qərarından apellyasiyaya şikayəti verəcək.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi