"Brayton"un futbolçusu Kaoru Mitoma Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, "Çelsi" yapon vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu Mitoma üçün 75 milyon avroluq təklif göndərməyə hazırlaşır.
27 yaşlı ön xətt oyunçusu ilə "Bavariya" və "Napoli" də yaxından maraqlanır.
Qeyd edək ki, "Brayton" Kaoru Mitomanı 2021-ci ilin avqust ayında "Kavasaki Frontale"dən transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi