"Qalatasaray" - "AZ Alkmaar" matçına azərbaycanlı təyinat aldı

15:34 - 18 Fevral 2025

UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.

Xəbər xətti