Basketbol üzrə Azərbaycan milli komandasının Kosovo və İrlandiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, həmin matçlara 12 oyunçu cəlb olunacaq.
Qeyd edək ki, 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə görüşü fevralın 20-də keçiriləcək. Millimiz İrlandiyanı 5 gün sonra Bakıda qəbul edəcək.
Azərbaycan millisinin heyəti: Amil Həmzəyev, Endar Poladxanlı, Kamran Məmmədov, Əkbər Məmmədov, Elşad Şirzadov, Şirzad Şirzadov, Donta Hol, Saadettin Donat, Cəbrayıl Əkbərov, Orxan Aydın, Ercan Donat, Ulaş Turqut
saytlarin hazirlanmasi