Azərbaycanlı futbolçu Ricat Qarayev Polşanın "Flot" klubundan ayrılıb.
Bu barədə futbolçu özü Sportal.az saytına məlumat verib.
O, Polşanın üçüncü liqa klubunda qalmaq istəməyib.
25 yaşlı müdafiəçi 2023-cü il avqustun 1-dən “Flota”da oynayırdı. Qarayevin Polşadan ayrılmayacağı və yeni komandasının da bu ölkədən olacağı gözlənilir.
Ricat Azərbaycanın U-17, U-19, U-21 yığma komandaları, həmçinin "Sabah", “Neftçi”, "Sumqayıt", "İrao”, "Qaradabani"(Gürcüstan), "Şeçinek" (Polşa) klublarında oynayıb.
saytlarin hazirlanmasi